Bakı 25˚C Sunny

Eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün YENİLİK

Cəmiyyət 12:36 25 sen, 2021

Eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün yeni “Azərbaycan jest dili" hazırlanıb

Eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün<span style="color:red"> YENİLİK</span>

Eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün yeni “Azərbaycan jest dili" hazırlanıb.

Qazet.az xəbər verir ki, eşitmə və nitq məhdudiyyəti olan şəxslərin, onların yaxınlarının və onlarla işləyən mütəxəssislərin, ümumilikdə, cəmiyyətin istifadəsi məqsədi ilə Azərbaycan jest dili lüğəti və bu lüğətin yerləşdirildiyi “jestdili.az” veb-saytı “Karlara dəstək” İctimai Birliyi tərəfindən hazırlanıb.

Lüğət 3000-ə yaxın ümumişlək söz və hər bir sözün jestindən ibarətdir. Jestlər video, foto və yazılı formada təqdim edilib. Lüğətin elmi-metodik cəhətdən düzgünlüyünün təmin edilməsi və layihənin keyfiyyətlə yerinə yetirilərək cəmiyyət üçün faydalı nəticələrin ortaya qoyula bilməsi məqsədilə lüğətin hazırlanması prosesinə bu sahədə təcrübəyə və ya mütəxəssislərə malik maraqlı qurumları cəlb etməklə, onların nümayəndələrindən ibarət “İşçi qrup” yaradılıb.


Qeyd edək ki, lüğət və veb-sayt Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu ildə təşkil etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən biri olan “Doğma jest dili” layihəsi çərçivəsində hazırlanıb. Veb-saytın icrası “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyəti (“NAR”) tərəfindən maliyyələşdirilib.