Bakı 22˚C Partly sunny

"Eurovision 2022"də 41 ölkə iştirak edəcək

Maraqlı 18:37 20 okt, 2021

Eurovision mahnı müsabiqəsi may ayının 10-14 aralığında keçiriləcək

"Eurovision 2022"də 41 ölkə iştirak edəcək

Gələn ilin may ayında Turin şəhərində keçiriləcək sayca 66-cı "Eurovision" mahnı müsabiqəsində Azərbaycan da daxil olmaqla 41 ölkə iştirak edəcək.

Qazet.az xəbər verir ki, müsabiqədə builki "Eurovision"u işıqlandırmış 39 yayım şirkətindən əlavə Monteneqro və Ermənistan yayım şirkətləri də fəaliyyət göstərəcək.

“Müsabiqədə yenə də 40-dan artıq yayımçının iştirak edəcəyinə çox şadıq” – deyən mahnı müsabiqəsinin icraçı direktoru Martin Österdal 200 milyona yaxın tamaşaçı olacağı güman edilən yarışmanın hazırlığı üzərində İtaliyanın “RAİ” televiziya şirkətinin çalışdığını diqqətə çatdırıb.

Qeyd edək ki, 2022-ci il müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10-u və 12-də, finalı isə 14-də keçiriləcək.

Mənbə