Baxımlı olmaq əslində heç də çətin deyil. Asanlıqla hazırlaya biləcəyiniz maskalar
Təbii yollarla dəriyə qulluq prosesini ev şəraitində etmək mümkündür.
1. Banan

Qəribə görünsə də, əslində tək bir ingridiyentdən maska hazırlamaq mümkündür. Bunu bananla asanlıqla edə bilərsiniz.
Dəri növü: Quru
Təsiri: Dərini gücləndirir və nəmləndirir.
Hazırlanması: Bir bananı əzin və üzünüzdə 10-20 dəqiqə saxlayın. Sonra soyuğa yaxın ilıq su ilə yuyun və üzünüzü qurulamaq üçün dəsmal ilə hopturun.
Alternativ olaraq: 1 bananı 2 xörək qaşığı bal və iki xörək qaşığı qatıqla əzin. Üzünüzə sürtün. 10 dəqiqədən sonra ilıq su ilə yuyun.
2. Sirkə

Qüsursuz dəriyə sahib olmaq istəyən qadınlar üzlərini sirkə ilə yuya bilərlər.
Dəri növü: Yağlı, parlaq
Təsiri: Dərini tonlayır və qidalandırır
Alternativ olaraq: 1) Suyu və sirkəni bərabər nisbətdə, stəkanın yarısına qədər qarışdırın. Üzünüzə çəkin və qurumasını gözləyin.
2) 1 xörək qaşığı limon suyu, alma sirkəsi və qızılgül suyunu qarışdırın. Dərinizdəki ləkələrə və sızanaqlara pambıq köməyi ilə çəkin. Sonra 30 dəqiqə gözləyin və soyuq su ilə yuyun. Həftədə bir dəfə müntəzəm olaraq tətbiq etsəniz dəri problemlərindən qurtula bilərsiniz.
3. Avokado

Avokado həyatımıza daxil olandan bəri hər yerdə layiqli hala gəldi.
Dəri növü: Quru, qarışıq
Təsiri: Dərini qidalandırır və nəmləndirir
Hazırlanması: 1) Avokado, yumurta, limon maskası: 1 avokado əzilir, içinə 1 yumurtanın ağı və 1 xörək qaşığı limon əlavə edilir. Üzünüzə nazik təbəqə ilə çəkin. 30 dəqiqədən sonra soyuq su ilə yuyun.
2) 1 ədəd yetişmiş avokadonun yarısını 1 xörək qaşığı kokos yağı ilə qarışdırın və yumşaq hərəkətlərlə dərinizə çəkin.
4. Soda

Dediklərimiz arasında ən sadə soda maskası
Dəri tipi: Qarışıq, yağlı
Təsiri: Təmizləyici və nəmləndirici.
Hazırlanması: Təxminən iki xörək qaşığı soda ilə ilıq su qarışdırın və palçıq halına gətirin. Üzünüzə çəkin və dairəvi hərəkətlərlə masaj edin. Masaj dəridə “peeling” effekti yaradacaq. 15 dəqiqədən sonra üzünüzü soyuq su ilə yuyun.
Prezidentdən Şuşa ilə bağlı daha bir qərar
Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir
Rusiyanın 77 təyyarəsi xarici ölkələrdə saxlanılıb
DTX DGK-da daha bir əməliyyat keçirdi: saxlanılanlar var
Dünyaca məşhur kanal Ağdamdan bəhs etdi
Türkiyə ordusu şəhid verdi
Mircəlal Paşayev “Bravo Supermarket"lərdəki payını satdı
Ərdoğan Qarabağ zəfərindən danışdı
"Azəriqaz"a sayğaclarla bağlı daxil olan müraciətlərin sayı açıqlandı
Vyanada Ermənistan-Türkiyə danışıqları başladı - Foto
Fikriniz
- Rəy yazın
- Rəylər
- Prezidentdən Şuşa ilə bağlı daha bir qərar
Şuşa ilə bağlı qərar
Azərbaycan18:51 01.07.2022 - Almaniya Ukraynaya 562 milyon avroluq hərbi məhsullar tədarük edir
“İlkin məlumatlara görə, 2022-ci ilin birinci yarısında silah ixracı üçün 4,14 milyard avro məbləğində fərdi lisenziyalar verilib”
Hərbi18:49 01.07.2022 - Rusiyanın 77 təyyarəsi xarici ölkələrdə saxlanılıb
Onun sözlərinə görə, təyyarələrin bir hissəsi icarədarların qərarı ilə saxlanılıb, bəziləri isə Avropa səmasının bağlanması səbəbindən uçuş edə bilmir.
Dünya18:30 01.07.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Maraqlı
Hamısına bax