Bakı 23˚C Partly sunny

Evə ehtiyacı olanların nəzərinə

Gündəm 20:55 04 apr, 2022

Sənədə əsasən, sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) həvalə olunub.

Evə ehtiyacı olanların nəzərinə

Azərbaycanda şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə öz rəsmi internet səhifəsində dərc edilməsi və aktuallığının daim təmin edilməsi nəzərdə tutulur.

“Qazet.az” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) həvalə olunub.

Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin, təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə rəsmi internet saytında dərc edilməsi üçün zəruri təşkilati tədbirlər görülməsi, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı elektron xidmət göstərilməsi, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə yerli icra hakimiyyəti orqanlarının rəsmi internet səhifələrində dərc edilməsi planlaşdırılır.