"GMO məhsullarla bağlı fəaliyyət göstərən laboratoriyalar heç bir məlumat vermir" - Eyyub Hüseynov
Eksklüziv13:3803 may, 2021

Qazet.az-ın suallarını cavablandıran AİB sədri Eyyub Hüseynov bildirib ki, hazırda bu işlə məşğul olan 3 laboratiya fəaliyyət göstərir

title
Bizi-da oxuyun

Son günlər meyvə-tərəvəz bazarlarında piştaxtaları mövsümə uyğun olmayan meyvələr bəzəyir.

Lakin qiyməti də görüntüsü qədər əl yandıran meyvələrin alıcıları da az deyil. Bununla belə, nəzərə almaq lazımdır ki, bu meyvələr sağlamlığınız üçün ciddi təhlükə ola bilər. 

Qazet.az xəbər verir ki, mövsümə uyğun olmayan çiyələyin bir kiloqramı alıcılara 3-6 manata təklif edilir.

Hazırda alça almaq istəyən müştəri bir kiloqramını 3-17 manata, şaftalını 19 manata, əriyi - 15 manata, qara üzümü 17 manata, yemişi 4 manata, qarpızı 2 manata əldə edə bilir.

 

Bəs bu məhsullar bazara çıxmadan öncə yoxlanılırmı? 

Qazet.az-ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, hazırda bu işlə məşğul olan 3 laboratiya fəaliyyət göstərir.

“Ölkədə GMO təqbiq edən  3 laboratoriya var. Biri Naxçıvanda, ikisi isə Bakıda, gömrükdədir. Təəssüflər olsun ki, neçə illərdir ölkədə qurulan laborotoriyaların səsi çıxmır - partizan kimi susurlar. Geri qaytarılan mallar barədə heç bir məlumat verilmir”, - deyə birliyin sədri qeyd edib.

Yoxlanılmasından əmin olmadığımız halda bu cür məhsulları istehlak etmək doğrudurmu? 

 

“Ölkədə GMO-dan da təhlükəli, tərkibində çoxlu pestisitlər, nitritlər olan kənd təsərüfatı mallar var. Bunların bir hissəsi İrandan və başqa ölkələrdən gəlir. Bu da ciddi bir problemdir. Ona görə mən Qida Təhlükəsizlik Aqentliyində ictimai şuranın üzvü olaraq keçən həftə keçirilən yığıncaqda dedim ki, Qida Təhlükəsizliyi Agentliyi əgər malların təhlükəsizliyin təmin olunmasına münasibəti səmimidirsə, onda xahiş edirəm Azad İstehlakçılar Birliyini lazım olan cihazlarla təmin etsin. Biz təmənnasız olaraq ölkənin hər bir yerində monitorinqlər keçirək. Axtarış edək, məlumat verək və eləcə də əkinçilərlə maarifləndirilmə işləri aparaq. Yığıncaqda bu təklifə “hə“ desələr də, hələ də bunu etmiyiblər".

E. Hüseynov deyib ki, Azərbaycanda GMO məhsulların sayı azalsa da, hələ də vəziyyət qənaətbəxş sayılmamalıdır:

"Mən elə bu gün bir saat öncə bizdə olan bir cihazla yoxladım, soğanın və kartofun tərkibində nitritlərin miqdarının həddindən çox olduğunu müşahidə etdim. Onu da qeyd edim ki, ildən-ilə tərkibində nitritlərin, yəni zəhərli maddələrin olduğu məhsulların miqdarında azalma müşahidə olunur. Ona görə cəmiyyət, insanlar, əkinçilər və s. hamı əl-ələ verməlidir ki, məsələ tamamilə həll olunsun”.

Mütəxəssis sadalanan təhlükələri nəzərə alaraq hər meyvəni mövsümündə yeməyi tövsiyə edib.

Fikriniz

  • 1
  • 0
  • 0
  • 0
  • 0
  • 0

Eksklüziv

Hamısına bax