Bakı 14˚C Sunny

“Facebook”un gəliri açıqlanıb

Biznes 12:00 26 okt, 2021

BU barədə məlumatlar şirkətin maliyyə hesabatlarında verilib

“Facebook”un gəliri açıqlanıb

Bu ilin üçüncü rübündə “Facebook” şirkətinin gəliri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35% artıb.

Qazet.az xəbər verir ki, müvafiq məlumatlar şirkətin maliyyə hesabatlarında verilib.

Sentyabrın 30-da başa çatan üç aylıq dövrdə “Facebook”un gəliri 29 milyard ABŞ dolları olub. 2020-ci ilin üçüncü rübünün sonunda şirkət 21,4 milyard ABŞ dolları gəlir əldə edib.

Şirkətin son rübdə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 9,19 milyard ABŞ dolları olub.