Bakı 14˚C Mostly sunny

​“Fənərbaxça”dan ŞOK TRANSFER: "Real"ın ulduzunu Türkiyəyə gətirdi

İdman 14:55 27 iyn, 2022

 “Fənərbaxça” Diasla müqavilənin detallarını dəqiqləşdirəndən sonra transferi açıqlayacaq

​“Fənərbaxça”dan ŞOK TRANSFER: "Real"ın ulduzunu Türkiyəyə gətirdi

“Fənərbaxça” klubu “Real Madrid”in hücumçusu Mariano Diazı transfer etməyə çox yaxındır.

Qazet.az xəbər verir ki, türklərin yeni baş məşqçisi Jorjo Jezuş hücum xəttindəki problemin Dominikandan olan futboçu ilə həll ediləcəyinə ümid edir. İtaliya mediasının məlumatına görə, ispanlar türk klubunun 4 milyon avroluq təklifini qəbul edib. İspan klubunda forma şansı tapa bilməyən Diazın Türkiyədə oynamağa müsbət baxdığı bildirilir.

Məlumata görə, “Fənərbaxça” Diasla müqavilənin detallarını dəqiqləşdirəndən sonra transferi açıqlayacaq.