Bakı 13˚C Mostly sunny

"Ferentsvaroş" - "Qarabağ" matçında İNSİDENT

İdman 23:53 09 avq, 2022

83-cü dəqiqədə "köhlən atlar"ın hücumu zamanı Abdullah Zubir rəqibin cərimə meydançasında yerə yıxılıb.

"Ferentsvaroş" - "Qarabağ" matçında İNSİDENT

Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda insident baş verib.

83-cü dəqiqədə "köhlən atlar"ın hücumu zamanı Abdullah Zubir rəqibin cərimə meydançasında yerə yıxılıb.

Həmin vaxt Budapeşt təmsiçisinin müdafiəçisi Endre Botka fransalı yarımmüdafiəçiyə yaxınlaşaraq, ondan kobud formada ayağa qalxmasını tələb edib. Ramil Şeydayev isə Botkaya yaxınlaşaraq, onu itələyib.

Nəticədə baş hakim hər iki futbolçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, hazırda 2-ci hissə oynanılır və hesab "Qarabağ"ın xeyrinədir - 3:1.