Bakı 16˚C Partly sunny

Festivalın üçüncü günü Tanini Trio və Güvenç Dağüstünün konserti ilə başa çatdı - FOTO

Maraqlı 11:10 24 may, 2022

Türk sənətçilərinin musiqisi xalq musiqisi, populyar mahnılar və müasir alternativ musiqi janrlarının maraqlı qarışığıdır

Festivalın üçüncü günü Tanini Trio və Güvenç Dağüstünün konserti ilə başa çatdı - FOTO

2006-cı ildə qurulan Tanini Trio üç türk musiqiçisindən ibarət eklektik lirik instrumental triodur və onların hamısı beynəlxalq karyeralarını uğurla davam etdirir.
Qazet.az xəbər verir ki, Türk sənətçilərinin musiqisi xalq musiqisi, populyar mahnılar və müasir alternativ musiqi janrlarının maraqlı qarışığıdır.
Piano, qanun və ney salonun ləzzətlə qərq olduğu rahat bir atmosfer yaratdı. Tamaşaçıların xüsusi zövqünə Bilgin Canazın ney (türk xalq taxta aləti) ifası səbəb olub. Virtuoz məharət və bədii ifa tərzi tamaşaçıların heç birini biganə qoymayıb.
Türk musiqiçiləri tamaşaçıların müşayiəti ilə bir neçə Azərbaycan melodiyalarını ifa ediblər.