FETÖ-nun daha 44 üzvü həbs edildi
Dünya18:0727 noyabr, 2021

Aparılan əməliyyatlar çərçivəsində 96 nəfər saxlanılıb

FETÖ-nun daha 44 üzvü həbs edildi
Bizi-da oxuyun

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam etdirilir.

Qazet.az xəbər verir ki, İzmir Baş Prokurorluğu tərəfindən FETÖ-nun Türkiyə ordusundakı gizli strukturlarına qarşı aparılan əməliyyatlar çərçivəsində 96 nəfər saxlanılıb.

Şübhəlilərdən 9-u dəlil yetərsizliyi, 2-si səhhətindəki problemlərə görə, 26-sı isə “faydalı məlumatlar” verdiyi üçün sərbəst buraxılıb.

Ədliyyəyə göndərilən 59 şübhəlidən 44-ü barəsində isə həbs qəti imkan tədbirləri seçilib. Digər 15 nəfərə isə yaşadıqları ərazini tərk etməmək barədə göstəriş verərək sərbəst buraxıblar.

Fikriniz