Bakı 11˚C Sunny

FHN Lerik sakininə evi uçduğu üçün çadır verdi

Cəmiyyət 15:56 15 apr, 2022

Baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Baxşıyev Nəbulla Məmmədhüseyn oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşüb

FHN Lerik sakininə evi uçduğu üçün çadır verdi

Fövqəladə Hallar Nazirliyinə Lerik rayonunun Lərmərud kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Baxşıyev Nəbulla Məmmədhüseyn oğluna məxsus evin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Qazet.az-ın məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lərmərud kənd sakini Baxşıyev Nəbulla Məmmədhüseyn oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

Həmçinin, Lerik rayonunun Dızdipok kənd sakini Əşrəfov Şirqasım Müseyib oğluna məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşın müvəqqəti yaşayışı üçün çadır ev qurularaq təhvil verilib.