FIFA iki ölkənin üzvlüyünü dayandırdı
İdman13:5807 aprel, 2021

Bu barədə FIFA Şurasının Bürosu qərar çıxarıb

title
Bizi-da oxuyun

FIFA Çad və Pakistan futbol assosiasiyalarının fəaliyyətini dayandırıb.

Qazet.az-ın məlumatına görə, bu barədə FIFA Şurasının Bürosu qərar çıxarıb.

Çad Futbol Assosiasiyası (FTFA) hökumətin futbola müdaxiləsi səbəbindən cəzalanıb. Hökumət futbolun müvəqqəti idarə olunması üçün milli komitə yaradıb və FTFA-ya nəzarəti ələ keçirib.

Hökumət müvafiq qərarları ləğv etdikdən sonra və nəzarət tam olaraq FTFA-ya veriləndə ali futbol qurumu qərarı ləğv edəcək.

Pakistan Futbol Federasiyası isə üçüncü tərəfin müdaxiləsi üzündən cəzaya məruz qalıb. Federasiya qiyamçı qrup tərəfindən ələ keçirilib. Bu isə nizamnamənin pozulması deməkdir.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0