Bakı 25˚C Partly sunny

FIFA prezidenti DÇ-2030-un İsrail və qonşu ölkələrdə keçirilməsini təklif edib

Gündəm 12:25 14 okt, 2021

Bu barədə İsrailin Baş naziri Naftali Bennetin sözcüsü Ofir Gendelman tviterdə bildirib

FIFA prezidenti DÇ-2030-un İsrail və qonşu ölkələrdə keçirilməsini təklif edib

FIFA prezidenti Canni İnfantino 2030-ci ildəki dünya çempionatının İsraildə və bölgənin digər ölkələrində keçirilməsini təklif edib.

Qazet.az-ın məlumatına görə, bu barədə İsrailin Baş naziri Naftali Bennetin sözcüsü Ofir Gendelman tviterdə bildirib.

Gendelman Bennetin İnfantino ilə görüşdüyünü yazıb: "Müzakirə zamanı İnfantino İsrailin ilk növbədə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və bölgənin digər ölkələri ilə birlikdə DÇ-2030-a ev sahibliyi edə biləyəcini dilə gətirib.

FIFA prezidenti isə öz növbəsində mundialın İsraildə və qonşu ölkələrdə keçirilməsini arzuladıqlarını bildirib: "Nəyə görə bunu "Avraam müqaviləsi"nə əsasən, İsraildə, onun Yaxın Şərqdəki qonşularında və Fələstində keçirməyək".

2020-ci ildə ABŞ, İsrail və ərəb ölkələri arasında münasibətləri normallaşdırmağa yönəlmiş proses başlayıb. Nəticədə Avraam Sülh Sazişləri adlandırılan bir sıra sənədlər imzalanıb. Müqaviləyə BƏƏ, Bəhreyn, Mərakeş və Sudan da qoşulub. Fələstin rəhbərliyi ərəb ölkələrinin İsraillə münasibətləri normallaşdırmaq üçün atdığı addımları tənqid edib.

Qeyd edək ki, 2020-ci ilin oktyabrında İspaniya və Portuqaliya DÇ-2030-a birlikdə ev sahibliyi etmək istədiklərini bəyan edib. Bundan əlavə, Böyük Britaniya və İrlandiya da birgə müraciət hazırlayıb.