Bakı 13˚C Mostly sunny

Filip Ozobiç "Qarabağ"ın tarixinə düşüb

Gündəm 13:20 30 noy, 2021

Ozobiç “Qarabağ”ın tarixinə 100 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşüb

Filip Ozobiç "Qarabağ"ın tarixinə düşüb

Azərbaycan millisinin futbolçusu Filip Ozobiç “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.

Qazet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XII tur oyununa təsadüf edib.

Ozobiç 2018-ci ilin yayından formasını geyindiyi “Qarabağ”da keçirdiyi 100 qarşılaşmada 31 qola imza atıb. O, Premyer Liqada 62 oyunda 27, avrokuboklarda 34 matçda 4 dəfə fərqlənib.

Yarımmüdafiəçi Azərbaycan kubokunda 4 görüşdə meydanda olub. Ozobiç “Qarabağ”ın tarixinə 100 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşüb.

Qeyd edək ki, Filip Ozobiçin “Qarabağ”da debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Sloveniyadakı matça (1:0) təsadüf edib.