Bakı 16˚C Partly sunny

Finlandiyada Azərbaycan günləri keçirildi

Maraqlı 16:38 26 apr, 2022

Tədbir 17 yaşlı tələbə Mona Savojifarın təşkilatçılığı ilə yaradılıb

Finlandiyada Azərbaycan günləri keçirildi

Finlandiyanın Espoo şəhərindəki Etelä-Tapiola liseyində müxtəlif ölkələrin mədəniyyət günü keçirilib.

Qazet.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, liseyin 17 yaşlı tələbəsi Mona Savojifarın təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində ölkəmizin qədim tarixini və zəngin mədəniyyətini əks etdirən kitablar, rəsm əsərləri, xalçalar, geyimlər və suvenirlər nümayiş etdirilib.

Milli geyimli soydaşımız tədbir iştirakçılarına ölkəmizin tarixi barədə ətraflı məlumat verib, milli rəqs ifa edib, milli mətbəx nümunələrimizin hazırlanması qaydalarını göstərib.
Qeyd edək ki, Mona Savojifar Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının üzvüdür.