Bakı 23˚C Partly sunny

Finlandiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

Siyasət 17:21 27 may, 2022

Sizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza firavanlıq, əmin-amanlıq, tərəqqi diləyirəm

Finlandiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

Finlandiya Prezidenti Sauli Niinistödən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Qazet.az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı - müstəqilliyinizin 104-cü ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza firavanlıq, əmin-amanlıq, tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".