Fransa Azərbaycana lokomotiv tədarük edəcək
Azərbaycan23:1323 noyabr, 2021

E.Zeynalov əlavə edib ki, 288,5 milyon avro dəyərində müqavilə ümumilildə 40 yük və 10 sərnişn lokomotivinin tədarükünü nəzərdə tutur.

Fransa Azərbaycana lokomotiv tədarük edəcək
Bizi-da oxuyun

Fransanın "Alstom" şirkəti 2021-ci ilin sonunadək Azərbaycana əlavə bir neçə lokomotiv tədarük edəcək.

Qazet.az xəbər verir ki, bu barədə "Alstom"un Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə içracı direktoru Elşən Zeynalov deyib.

Onun sözlərinə görə, şirkət noyabrın sonunda üç və dekabrda da eyni sayda lokomitivi Azərbaycana tədarük etməyi planlaşdırır.

"Müqaviləyə əsasən, cəmi 50 lokomotivin tədarükü nəzərdə tutulur. Artıq Azərbaycana 28 yük elelktrovozu gətirilib. Daha üçü noyabrda gətiriləcək. Bunlardan başqa, 2022-ci yanvar-mart aylarında 6 lokomotivin tədarükü nəzərdə tutulur" - deyə, o bildirib.

E.Zeynalov əlavə edib ki, 288,5 milyon avro dəyərində müqavilə ümumilildə 40 yük və 10 sərnişn lokomotivinin tədarükünü nəzərdə tutur.

Fikriniz