Bakı 23˚C Mostly sunny

Fransa BMT TŞ-nin üzvlərinin sayının artırılmasına tərəfdar çıxıb

Gündəm 21:33 27 sen, 2021

“Fransa həmçinin Afrika ölkələrinin TŞ-nin daimi üzvü qismində də nümayəndəliyinin genişləndirilməsinə tərəfdardır”

Fransa BMT TŞ-nin üzvlərinin sayının artırılmasına tərəfdar çıxıb

Fransa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv ölkələrin sayının artırılmasını zəruri hesab edir.

Qazet.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi bildirib.

O əlavə edib ki, “Fransa G-4 ölkələrinin (Almaniya, Braziliya, Hindistan və Yaponiya) TŞ-də 1 daimi üzv üçün əlavə yerin yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləyir”.

“Fransa həmçinin Afrika ölkələrinin TŞ-nin daimi üzvü qismində də nümayəndəliyinin genişləndirilməsinə tərəfdardır”, - deyə, qeyd edilib.