Bakı 10˚C Sunny

Futbol millimiz ilk qələbəsini qazanmaq üçün İrlandiyaya qarşı

İdman 13:05 09 okt, 2021

Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək

Futbol millimiz ilk qələbəsini qazanmaq üçün İrlandiyaya qarşı

Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Qazet.az xəbər verir ki, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşəcək.

Seçmə mərhələdə qələbə üzünə həsrət qalan Canni De Byazinin yetirmələri ilk uğurunu qazanmaq üçün meydana çıxacaq. Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan milli son sıranı tərk etmək üçün mütləq qalib gəlməlidir.

Dublində ötən ay keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb. Tərəflər indi münasibətlərini Bakı Olimpiya Stadionunda aydınlaşdırmağa çalışacaq.

DÇ-2022-nin seçmə mərhələsi
Avropa zonası, A qrupu
VII tur, 9 oktyabr
20:00. Azərbaycan – İrlandiya
Baş hakim: Espen Eskas (Norveç)
Bakı Olimpiya Stadionu

1Portuqaliya541011-413
2Serbiya532012-711
3Lüksemburq42025-86
4İrlandiya50235-82
5Azərbaycan50143-91

Qrupun digər görüşündə Lüksemburq öz meydanında Serbiya ilə qarşılaşacaq. Qrup lideri Portuqaliya isə yoldaşlıq oyununda Qətəri qəbul edəcək. Serblər qalib gəlsə, qrup liderliyi dəyişəcək.