Bakı 14˚C Intermittent clouds

Füzulidə iş yoldaşını bıçaqlayaraq öldürən şəxs tutulub

Gündəm 13:05 18 okt, 2021

Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub

Füzulidə iş yoldaşını bıçaqlayaraq öldürən şəxs tutulub

Oktyabrın 16-sı saat 22 radələrində Füzuli rayonu ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli Rayon Prokurorluğundan Qazet.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.