Bakı 22˚C Sunny

Gec və gözəl yaşlanmağa səbəb olan məhsullar

Maraqlı 13:05 26 okt, 2021

Yaşlanma qaçınılmazdır və insanlar gec qocalmağı xəyal edir

Gec və gözəl yaşlanmağa səbəb olan məhsullar

Gənc görünmək, sağlam və parlaq dəriyə sahib olmaq, kişi və ya qadın olmasından asılı olmayaraq, demək olar ki, hər kəsin arzuladığı bir şeydir.

Yaşlanma təbii bir prosesdir və onun qarşısını almaq mümkün deyil. Kosmetika sənayesi yaşlanma əleyhinə  məhsullarla inkişaf etsə də, biz yediyimiz qidalarla təbii olaraq qocalmanı yavaşlada bilərik.  

Hazırda antioksidantları olan qidalara və tərkibində kollagen olan qidalara ehtiyacımız var.  

Antioksidantlar oksidləşmənin qarşısını alan və sağlam qocalmanı təmin edən ən vacib qidalardan biridir. Oksidləşmə hüceyrələrə zərər verən sərbəst radikalların meydana gəlməsinə səbəb olur. 
Antioksidantlar tərəvəzlərdə, meyvələrdə, toxumlarda və qoz-fındıqda olur. Oksidləşdirici stressi azaldaraq sərbəst radikalları neytrallaşdırır.

Deməli, tərkibində antioksidantlar olan qidalar bunlardır: qoz, qaragilə, tünd şokolad, çiyələk, moruq, qırmızı kələm, çuğundur,ispanaq, lobya və s.

 

Meyvə və tərəvəzlərlə qidalanmaq vacibdir! 

Bu prosesdə uzun ömür və gənc qalmaq bir çox insanı maraqlandıran bir mövzudur. Bol tərəvəz və meyvə yemək gənc qalmağın və daha uzun yaşamağın yollarından biridir. 

Mütəxəssislərin fikrincə, tərəvəz və meyvələr orqanizmin fəaliyyəti üçün zəruri olan vitamin və mineralları təmin edən qida fabrikidir. 

Sağlamlığımızı yaxşılaşdırmaq və bu prosesdə gənc qalmaq üçün “göy qurşağı” kimi hər rəngdə olan qidalardan istifadə etmək lazımdır. Bu prosesdə gündə 8 porsiya tərəvəz istifadəsi çox vacibdir. 

Yaş artdıqca dərinin strukturunu təşkil edən kollagen və elastin lifləri azalır, dərini dəstəkləyən yağ toxumasındakı itkilər daha qabarıq görünür.

Gözəl yaşlanmaq istəyənlərin istehlak etməsi lazım olan bir nömrəli protein kollagendir. Qocalmanı mümkün qədər gecikdirmək üçün kollagenin qəbuluna fikir vermək lazımdır. Gənc görünüşü dəstəkləyən kollagen, yaşa bağlı oynaq problemlərini də yaxşılaşdıra bilər.

Kollagen mövcud qırışları azaltmağa və dərinin daha dolğun görünməsinə kömək edir.

Tərkibində kollagen olan qidalar aşağıdakılardır: sümük suyu, toyuq, dəniz məhsulları, yumurta ağı sarımsaq, lobya, pomidor, yaşıl bibər çiyələk tropik meyvələr və s.