Bakı 25˚C Partly sunny

Gədəbəydə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə 02:50 29 may, 2022

Onlardan R.Ələkbərov xəstəxanaya çatdırılıb

Gədəbəydə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Gədəbəy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Qazet.az-ın məlumatına görə, hadisə Arıqdam kənd ərazisində qeydə alınıb.

İki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü R.Ələkbərov və digər avtomobilin sürücüsü xəsarət alıb. Onlardan R.Ələkbərov xəstəxanaya çatdırılıb. Digər sürücüyə isə ambulator müayinə göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.