Bakı 19˚C Mostly sunny

Gələn ay “Matriks”in 4-cü seriyası ekrana çıxacaq

Maraqlı 14:13 26 noy, 2021

Məşhur “Matriks” filminin növbəti seriyası gələn ay təqdim ediləcək

Gələn ay “Matriks”in 4-cü seriyası ekrana çıxacaq

Gələn ayın 22-də "Matriks" filminin 4-cü seriyası təqdim ediləcək.

Qazet.az xəbər verir ki, bu hissə “The Matrix Resurrections” (Matriks Dirilmə) adlanacaq və dünya teatr premyerasından əvvəl dekabrın 3-də nümayiş ediləcək.

Ekran işinin ssenarisini əvvəlki seriyaların ssenari müəllifi olan Lana Vaçovski yazıb.

Qeyd edək ki, filmin baş rollarında Kianu Rivz və Kerru Enn Moss yer alacaq.

Ötən gün ekran işinin ilk obraz afişaları yayımlanıb.

Priyanka Çopra "Matrix Resurrections" filminin personaj posterini sosial şəbəkəsində təqdim edib.
Priyankanın pərəstişkarları və dostları afişadan heyran olub və həyəcanlarını şərh bölməsində bölüşüblər.