Bakı 13˚C Cloudy

Gələn il Azərbaycanda büdcədən aqrar sektora 1 milyard manat xərclənəcək

Biznes 13:35 27 okt, 2021

Bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb

Gələn il Azərbaycanda büdcədən aqrar sektora 1 milyard manat xərclənəcək

Gələn il Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatına 997 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Qazet.az xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, ilkin proqnozla müqayisədə 1,1% çoxdur.

Gələn il aqrar sektora çəkiləcək xərclərin 477 milyon manatı kənd təsərüffatı tədbirlərinə, 47 milyon manatı baytarlığa, 460 milyon manatı meliorasiyaya, 13 milyon manatı isə kənd təsərrüfatı müəssisələrinə yönəldiləcək.