Bakı 7˚C Sunny

Gəncədə II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçirilir

Gündəm 19:37 18 okt, 2021

Festivalda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrı və orkestrın bədii rəhbəri, baş dirijoru Azərbaycan Respublikasının Xalq artisti Rafael Bayramovdur

Gəncədə II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı keçirilir

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ll Azərbaycan Beynəlxalq festivalı keçirilir.

Qazet.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyinin və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən festivalda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrı və orkestrın bədii rəhbəri, baş dirijoru Azərbaycan Respublikasının Xalq artisti Rafael Bayramovdur.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Tağıyev, icra hakimiyyətinin məsul əməkdaşı Azər İbrahimov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Proqramda Xalq artisti Sevinc İbrahimova, Beynəlxalq Musabiqələr Laureatı Fuad Muradov, Əməkdar artistlər Kəmalə Tağızadə və Tural Abdullayevin ifasında Vinçenso Kiyara – “La Spagnola”, Cahangir Cahangirov – “Nazənin”, Qaetano Donisetti – “Don Paskuale” operasından “Bella sikkome un angelo”, Vasif Adıgözəlov – “Qərənfil”, Tofiq Quliyev –“Axşam mahnısı”, Coakkino Rossini – “Tarantella” və digər ifalar səsləndirilib.