Bakı 13˚C Sunny

General Rövşən Əkbərova hökm oxundu

Hadisə 19:40 27 okt, 2021

R.Əkbərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib

General Rövşən Əkbərova hökm oxundu

20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

Müşavirədən sonra məhkəmə hökmü elan edib. R.Əkbərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin edilib. 

R.Əkbərovdan 40 min manat tutularaq mərhum E.Əliyevin ailəsinə ödəniləcək. Hökmə görə, R.Əkbərovun Milli Qəhrəman fəxri adı, general-leytenant hərbi rütbəsi və digər təltifləri toxunulmaz saxlanılıb.

Məhkəmə R.Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınması zəruri hesab edilməyib.

Prosesdə generalın vəkili Rüstəm Zülfüqarov müdafiə çıxışı edərək, R. Əkbərovun təqsirsiz olduğunu deyib: "Müdafiə etdiyim şəxsin əməlində cinayət tərkibi yoxdur, ona bəraət verilməlidir".

Vəkil həmçinin zərərçəkmiş tərəfin verdiyi mülki iddianın rədd edilməsini istəyib.

Daha sonra general R.Əkbərov son sözlə çıxış edib. O, ittiham olunduğu  qətl hadisəsi ilə əlaqəsi olmadığını deyib: "Mən  2001-ci il iyunun 1-də o kafedə olmamışam. Həmin gün kirayə qaldığım evdə ailə üzvlərimlə birlikdə olmuşam. Hadisə barədə ertəsi gün səfirlikdən xəbər veriblər. Məzahir Şıxəliyevi tanımamışam, Elçin Əliyevi cəmi iki dəfə görmüşəm. Barəmdə bəraət hökmünün çıxarılmasını istəyirəm".

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra generala hökm oxunacağı gözlənilir.