Generalın oğlunun evindən oğurluq edildi
Kriminal17:4929 oktyabr, 2021

Generalın oğlunun evindən 150 min manatlıq oğurluq edilib

Generalın oğlunun evindən oğurluq edildi
Bizi-da oxuyun

Bakıda mənzillərdən alpinizm üsulu ilə oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qazet.az Kriminalqafqaz-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən araşdırma zamanı zərərçəkmişlərə dəyən ziyanın məbləği məlum olub.

Onlardan biri də uzun illər Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin rəisi olmuş general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev olub.

Məlum olub ki, V. Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzilindən təxminən 150 min manatlıq qızıl və nağd pul oğurlanıb.

Qeyd edək ki, silsilə cinayətin üstü də məhz general oğlunun evində baş verən oğurluqdan sonra açılıb. 2016-cı ildən bəri açılmamış oğurluqlar törədən C.Süleymanovun müəyyən edilməsi və tapılması üçün rəhbərlik tərəfindən ciddi göstəriş verilib. Bundan sonra Xətai RPİ əməkdaşları generalın oğlunun evindən oğurluq edən şəxsi ərazidə təhlükəsizlik kameralarını diqqətlə izləyərək tapa biliblər.

Xatırladaq ki, Vüsal Mirzəyev də vaxtilə polis əməkdaşı olub. Atası daxili işlər orqanlarından çıxdıqdan sonra V.Mirzəyev də ərizə yazaraq, işdən çıxıb. Sahib Mirzəyev hazırda Bakı şəhər İcra Hakimiyyəti başçısının müşaviridir.

Fikriniz