Bakı 18˚C Cloudy

Gimnastımız ilin idmançısı seçildi

İdman 00:55 27 dek, 2021

Yay Universiadasının ikiqat gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı, Azərbaycanı gimnastika tarixində Tokio Olimpiya Oyunlarında təmsil etmiş ilk azərbaycanlı gimnast Zöhrə Ağamirova ilin idmançısı adına layiq görülüb.

Gimnastımız ilin idmançısı seçildi

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 25 yaşının tamam olduğu yubileyi ilində müxtəlif nominasiyalar üzrə qaliblərin adlarını açıqlayıb.

Qazet.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının təmsilçisi də fərqlənənlər sırasında yer alıb.