Bakı 12˚C Partly sunny

Goranboyda əri tərəfindən avtomobillə vurulan və bıçaqlanan qadın ölüb  - YENİLƏNİB

Hadisə 17:58 24 mar, 2022

Faktla bağlı araşdırma aparılır

Goranboyda əri tərəfindən avtomobillə vurulan və bıçaqlanan qadın ölüb  - YENİLƏNİB

Goranboyda həyat yoldaşı tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan qadın dünyasını dəyişib

Qazet.az xəbər verir ki, Goranboy rayonunun Dəliməmmədli şəhərində rayonun Qızılhacılı kənd sakini 1977-ci il təvəllüdlü Mehman Süleymanov tərəfindən avtomobillə vurulan və daha sonra bıçaqlanan 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova Gəncə şəhərində yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

14:45

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Qazet.az-ın verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. Bakı şəhər sakini Mehman adlı şəxs idarə etdiyi "Range Rover" markalı avtomobillə ilk olaraq həyat yoldaşını vurub, daha sonra bıçaqlayıb. Qadın ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.(apa)