Bakı 25˚C Partly sunny

Göyçay sakini qayınatasının evində tüfəngdən atəş açdı

Hadisə 16:11 18 yan, 2022

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb

Göyçay sakini qayınatasının evində tüfəngdən atəş açdı

Göyçay sakini qayınatasının evində havaya atəş açıb.

Qazet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinə yanvarın 17-də Çaxırlı kəndindəki evlərin birinin həyətində ev sahibinin kürəkəninin xuliqanlıq zəminində tüfəngdən havaya iki dəfə atəş açması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

M.Şıxalıyev saxlanılıb, ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.