Bakı 7˚C Sunny

Gucci 930 dollara it gödəkçəsini satışa çıxardı

Gündəm 10:18 29 iyn, 2022

Bundan əlavə, alıcılar 7500 dollarlıq divan və dəri qutuda 4250 dollarlıq portativ kasa dəsti ala bilərlər. 

Gucci 930 dollara it gödəkçəsini satışa çıxardı

İtalyan moda evi Gucci it və pişiklər üçün geyim, boyunluq və qoşqulardan ibarət Gucci Pet kolleksiyasını təqdim edib.

 "Qazet.az" xəbər verir ki, bu barədə brendin saytında məlumat verilib.

Kolleksiyaya 1750 dollara kasa, 850 dollara kasa qapaqları, 310 dollardan yaxalar və 930 dollara Gucci loqolu gödəkçə daxildir. Bundan əlavə, alıcılar 7500 dollarlıq divan və dəri qutuda 4250 dollarlıq portativ kasa dəsti ala bilərlər.