Bakı 25˚C Partly sunny

Güclü istilərlə bağlı xəbərdarlıq edildi - Meşə yanğınları, sel...

Cəmiyyət 17:33 12 may, 2022

Qarşıdakı beş ildə dünyanın 1,5 dərəcədən çox istiləşməsi ehtimalı 50 faizdir

Güclü istilərlə bağlı xəbərdarlıq edildi <span style="color:red">- Meşə yanğınları, sel...</span>

Alimlər rekord istilərin olacağı ilə bağlı xəbərdarlıq edib.

Qazet.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyada aparılan araşdırma göstərib ki, qarşıdakı beş ildə dünyanın 1,5 dərəcədən çox istiləşməsi ehtimalı 50 faizdir. 

2022-2026-cı illər arasında rekord qıran temperaturun müşahidə oluna biləcəyini bildirən mütəxəssislər, meşə yanğınları, həddindən artıq istilər və sel kimi fəlakətlərin tez-tez müşahidə ediləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edilir ki, dünyanın orta temperaturu 2015-ci ildə 19-cu əsrin ortalarından bəri 1 dərəcə artıb. Alimlər ötən il ABŞ, Avropa və digər ölkələrdə görünməmiş meşə yanğınlarının və hazırda Hindistan və Pakistanı vuran şiddətli temperatur dalğaları ciddi istiləşmələr səbəbindən baş verən hadisələrdir.

Bunlara səbəb isə atmosferdəki karbon qazının səviyyəsinin artması göstərilir.

qaynaq