Bakı 19˚C Mostly sunny

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Cəmiyyət 15:49 04 okt, 2022
Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 05-dən 06-na keçən gecədən başlayaraq 07-si axşamadək şimal-qərb küləyi 15-20 m/s, arabir 22-27 m/s olacaq.

Qazet.az xəbər verir ki, Azərbaycanın rayonlarında oktyabrın 06-da şərq rayonlarında, 07-08-də isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Oktyabrın 05-i axşamdan 07-si gündüzədək qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s olacaq.