Günün ulduz falı -  21 iyul 2021-ci il
Maraqlı09:1221 iyul, 2021

Həftənin çərşənbə günü üçün bürclər haqqında məlumatlar

Günün ulduz falı -  21 iyul 2021-ci il
Bizi-da oxuyun

Qoç 

İş həyatınızda daha sürətli hərəkət etməli olduğunuzu başa düşdüyünüz bir dövrlə qarşılaşa bilərsiniz. İşi başa çatdırmaq, vaxtdan səmərəli istifadə etmək və effekti qısa müddətdə görmək üçün yeni bir proqram tərtib edə bilərsiniz. 

Buğa 

Yaxın ətrafınızla ünsiyyət qurarkən bəzi davranışlara fikir verməməlisiniz. Bu müddətdə mühitinizi müşahidə edə və buna görə reaksiyalarınızı verə bilərsiniz. İnsanların niyyətlərini dərk etmədən reaksiya verməməyə çalışın. 

Əkizlər 

Secdiyiniz şəxslə problemlərinizi geridə qoymaq və qarşı tərəfdən müsbət cavab almaq üçün hərəkətə keçə bilərsiniz. Yoldaşınıza sevginizi hiss etdirmək və ona sahib olmaq, aradakı bütün buzları tez əridəcəkdir. 

Xərçəng 

Sizi manipulyasiya etmək istəyənlər ola bilər. Xüsusilə qadın fiqurları ilə dialoqlarınıza diqqət yetirməlisiniz. İnsanlarla mübahisə etmək əvəzinə, bu prosesi düzgün idarə etmək üçün səy göstərməlisiniz. 

Şir 

Maddi ehtiyaclarınızı həll etmək üçün dostlarınızdan dəstək almaq istəyə bilərsiniz. Emosional davranışınız yaxınlığınızı artıracaqdır. Bu müddətdə insanların sizə olan inamlarını daha aydın görə bilərsiniz. 

Qız 

Enerjiniz yüksəlir. Xırdaçı davranışınıza nəzarət edərək irəliləməyi üstün tutacaqsınız. Ancaq bu nəzarət müddətini aşmamalı və davranışınızdakı sünilikdən uzaq durmağa çalışmalısınız. 

Tərəzi 

Keçmiş tərəfdaşınızla yenidən qarşılaşa bilərsiniz. Bu anda nə edəcəyinizi bilmirsiniz və hisslərinizi sınamaq istəyə bilərsiniz. Daha sonra peşman olacağınız hərəkətlər etməməyə diqqət edin. 

Əqrəb 

Münasibətlərinizin səviyyəsini yüksəldirsiniz. Evlilik qərarınız gələcəyinizi formalaşdıracaq. Xoşbəxtliyinizi yaxınlarınızla bölüşmək  həyəcanınızı üzə çıxara bilər.  

Oxatan 

Yaxın ətrafınızla gərgin vaxtlar yaşaya bilərsiniz. Sizdən şikayət edənlər eyni davranışı etdiklərini anlamaz və sizi amansız tənqid edə bilərlər. İnsanlara səhvlərini izah etmək əvəzinə davranışlarını göstərməyə çalışın. 

Oğlaq 

İkitərəfli münasibətlərinizdə ünsiyyətiniz mükəmməl bir dil qazanır. Digər tərəfi qəbul edərək ətrafınızdan müsbət reaksiyalar ala və sahiblik hissinizin dozasını artıra bilərsiniz. Şişirtmədən hərəkət etməlisiniz. 

Dolça 

Qohumlarınızla ünsiyyət pisləşə bilər. Ailə məsələlərində sizə qarşı ədalətsiz davrananda səbrinizi tükəndirə bilər. Sizə zərər verən münasibətlərdə olmaqdan çəkinməlisiniz və lazım olsa, əlaqəni kəsməlisiniz. 

Balıqlar

Emosional yorğunluq hiss edirsiniz. Düşüncələriniz və təcrübələriniz sizi ağırlaşdırır. Həyatda hər bir şey həll ediləndir. Vəziyyətdən çıxmağa və kənardan baxmağa çalışın. 

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0