Bakı 21˚C Mostly sunny

Günün ulduz falı - 10 dekabr 2021

Maraqlı 12:04 10 dek, 2021

Cümə axşamı bürclər haqqında məlumatlar

Günün ulduz falı - 10 dekabr 2021

Buğa 

 

Bu gün gördüyünüz işləri diqqətlə yoxlayın. Dəqiq hesablamalar və mühüm sənədlərlə çalışanda diqqətiniz mənasız nəsnələrə yayınmasın. Əks təqdirdə ağır fəsadlı səhvlər istisna deyil.

Günün ikinci yarısında yaxınlarınızdan biri ilə bağlı narahatlığınız əsassız deyil. Ailə üzvlərinizdən biri problemlərindən danışmağa çəkinir. Aşkar danışsanız, ailədəki ab-hava yaxşılaşar. 

 

 

Əkizlər

  

Maliyyə məsələlərinin çözülməsində ənənəvi davranış modelini yeniləyin. Unutmayın ki, nəzakət və ünsiyyətdəki səmimiyyət bir sıra planlarınızın reallaşmasına dəstək ola bilər.

Büdcəni artırmağın orijinal yollarını arayın.

Günün ikinci yarısında yaxınlarınızın maraqlarını öz mənafeyinizə qurban verməyin. Alış-verişdə pulu özünüzə sərf edərək ailə üzvlərinə "qənaət rejimi"ni tətbiq etməyin. Belədə münaqişə səbəbkarı ola bilərsiniz.

  

 

Xərçəng  

 

Qərarların qəbulu zamanı sağlam məntiq və praqmatik davranışın həmfikirlərlə tərəfdaşların sayını artıra bilər. Hələ uşaqlıq illərinizdən qalmış komplekslərin əsirinə çevrilməyin. Dəyişikliklərə başlamaq üçün yaxşı zamandır.

Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla münasibətləri eqoist açıqlamalar və istəklər pozmamalıdır. Sevdiyiniz insanın qədrini bilin.

Subaysınızsa, indiyədək tənha qalmağınızın səbəblərini araşdırın.

 

 

Şir 

 

Fərdiyyətçilik heç də ən effektiv metod deyil. Mövqelərinizi möhkəmləndirmək istəyirsinizsə, iradəli və qətiyyətli olun. Kənardan yardımlar olmadan, kimdənsə dəstək almadan məqsədə çata bilərsiniz. Bunun sonucu isə yorğunluq, ətrafınızdakı insanların qəzəbi və kəskin sözləri olacaq.

Günün ikinci yarısında yeni işlərə aktiv şəkildə başlamağa dəyməz. İnanmadığınız insanın yardım təkliflərini qəbul etməyin.

Yaxınlarınızla münasibətlərdəki problemlər həll olunmursa və sayı daha da artırsa, təmkinli davranın. Bezdirici münasibətlərə son qoymaq zamanıdır.

 

 

Qız  

 

Hadisələrin məcrası bəzi maraqlarınızın təminatının ertələnməsini tələb edir. İşgüzar aktivlik səviyyəniz artmalıdır. Yeni layihələrə fəal başlayın, sifarişləri unutmayın. Vədlərinizi yerinə yetirin.

Günün ikinci yarısında daha çox gəlir istəyi ənənəvi çərçivələrin dağıdılmasına səbəb olmamalıdır. Yaxın ətrafınızdakı insanlarla təmaslarda sayğını və etikanı unutmayın. Sevdiyiniz insanla söhbətdə hisslərinizi etiraf edə bilərsiniz.  

 

 

Tərəzi  

 

Öhdəliklərinizi fasiləsiz, metodik şəkildə yerinə yetirin. Ağır fəsadlara səbəb olacaq səhvlərə yol verməyin. Yaxın ətrafınızdakı insanlarla emosional təmaslarda ola bilərsiniz. Yaxın gələcəyinizin asılı olduğu, bundan sonra sizə dəstək verə biləcək insanlarla aktiv ünsiyyətdə olun.

Günün ikinci yarısında ailədə stabil situasiya peşəkar fəaliyyətinizə müsbət təsir edə bilər. Qarşılıqlı əlaqələr möhkəmlənəcək, hisslər daha stabil olacaq. Axşam saatlarında gəzintiyə yollanmaq mümkündür. 

 

 

Əqrəb 

 

Günün ilk yarısında qüvvə və imkanlarınızdan bədgümanlıq gördüyünüz işin nəticəsindən narazılıq hissi yarada bilər. Etibar etdiyiniz insanın dəstəyini almağa çalışın. Tərəfdaş və ya şəriklə söhbətdə situasiyanın təfərrüatlarını müzakirə edin.

Günün ikinci yarısında səhhətinizə fikir verin. Daha yaxşı mövqelərə layiq olduğunuzu, sürəkli ədalətsizliklə qarşılaşdığınızı düşünürsünüzsə, radikal addım atmaqdan çəkinməyin. Qətiyyətli olun. Emosiyalarınızı gizlətməyin. Amma başqalarının acığını sevdiklərinizdən çıxmayın.

 

 

Oxatan  

  

Fəaliyyət sahəsini genişləndirmək, yeni sifarişlər almaq istəyirsinizsə, addımlarınızı və qərarlarınızı planlaşdırın. Yeni işə, layihəyə başlamağa dəyməz.

Yaxın ətrafınızdakı insanlardan birinin fikirləri sizdə qıcıq yarada bilər. Sakit, soyuqqanlı olun. Mübahisələrdə arqumentləri qulaqardına vurmayın.

Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri qərarlarınıza qəflətən etiraz etməyə başlayacaq. O, bunu açıq-aşkar yox, gizlicə edəcək. Sevdiyiniz insanla açıq söhbətə başlaya bilərsiniz.

Dəyər verdiyiniz insanın diqqətini cəlb etmək üçün ekstravaqant addımlar atmayın.  

 

 

Oğlaq  

  

Günün ilk yarısında işləri qaydaya salın. Proseslərin adət etdiyiniz məcrada olmasına çalışın. Narahat olmayın, situasiyanın kəskin dəyişə biləcəyini düşünməyin. Kənar amillərdən və ya başqasının tələbatından asılısızsa, durum ağırlaşacaq.

Sükan arxasında ehtiyatlı davranın. Cərimə riski var.

Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətləri sərinləşdirməyin. Şərtləri dəyərləndirin, situasiyadan maksimal dərəcədə yararlanmağa çalışın.

  

 

Dolça  

 

Günün ilk yarısı mürəkkəb, qarışıq zamandır. İstəklər və niyyətlər gərginlik yarada bilər. İntiqam hissi və ya opponentin yalan danışdığını aşkarlamaq istəyi işlərin gedişatına çox pis təsir edə bilər.

Enerjiniz yalnız bir istiqamətdə olmamalıdır.

Günün ikinci yarısı yeni layihələr və ya işlər üçün sərfəli deyil. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Normal istirahət etməyə çalışın.

   

 

Balıqlar  

 

Fəaliyyətinizdən həzz alırsınızsa, həttə ən rutin, gündəlik işlərə də yaradıcı yanaşma tələb olunur. Qayğılar bu gün maksimum vaxt alacaq. İşlərin öhdəsindən gəlmək istəyirsinizsə, təcrübəli insanların məsləhətlərinə qulaq asın.

İradlar və tənqidlər sizi təbdən çıxarmasın. Emosiyalarınıza nəzarət edin.

Günün ikinci yarısında yaxınlarınızla müzakirələr və ya mübahisəni təxirə salın. Belədə təmaslarda rəvanlıq yaranacaq. Axşam saatları romantik görüş üçün münasibdir.