Bakı 15˚C Windy

Günün ulduz falı - 10 noyabr 2021

Maraqlı 12:12 10 noy, 2021

Çərşənbə günü bürclər haqqında məlumatlar

Günün ulduz falı - <span style="color:red">10 noyabr 2021</span>

Qoç

İçində saxladığınız mənasız gərginlik enerjisi yanlış davranışlara səbəb ola bilər. Bu gərginliyə səbəb olacaq məsələləri yenidən nəzərdən keçirməli və bunun  qəzəbli və sərt davranış tələb edib- etmədiyini düşünməlisiniz. Qəzəbdən çəkinmək və məsuliyyətli olmaq işinizə yarayacaq. 

 

Buğa

İdeyalar və faydalı fikirlər çox olacaq, amma diqqətin cəmlənməsi ilə bağlı problemlər yaranacaq. Yaxın ətrafınızdakı insanlar və ailə üzvləri ilə münasibətləri dəyərləndirin, anlaşılmazlıq və fikir ayrılıqlarının yaranmasına şərait yaratmayın. 

 

Əkizlər

İş mühitinizdə işçilərinizə qarşı əsassız qəzəb içində ola bilərsiniz. Edilən səhvlər düzgün ifadə edilməli və sərt ifadələrdən qaçınmalısınız. Hər kəsin çatışmazlıqları və ya səhvləri ola bilər, bütün problemləri şişirtmək və çoxaltmaq əvəzinə kiçildərək həll edə bilərsiniz. 

 

Xərçəng

Partnyorunuza qarşı həddindən artıq sahiblik edə bilərsiniz. Sevgini məhdudiyyət kimi qəbul etməməlisiniz. Bu məhdudiyyət sizi yorduğu üçün qarşı tərəfin sizə olan hisslərini də azalda bilər. Özünüzü və tərəfdaşınızı yoracaq emosiyalar və davranışlardan qurtulmağa çalışın. 

 

Şir

Ailə üzvlərinizlə aranızda mübahisə yarana bilər. Keçmiş məsələlər və yeni mövzuların yığılması qəzəbinizi gücləndirmək üçün kifayətdir. Amma işlərin bu səviyyəyə gəlməsinə imkan verməməli və prosesi öz perspektivinizlə idarə etməyə çalışmamalısınız. Bu gün hər bir məsələnin bir çox perspektivlərinin mümkünlüyünü düşünün.

 

Qız

Günün ilk yarısında fəal olun, çətinliklərdən çəkinməyin. Səfər, gəzinti, danışıqlar və müzakirələr üçün əlverişli gündür. Bol emosiyalar olacaq. Axşam saatlarında bir qədər dincəlin, tempi aşağı salın. Əks təqdirdə daxili gərginlik ünsiyyətdə qəfil çətinlik və sonrakı təəssüf hissi ilə sonuçlana bilər. 

 

Tərəzi 

Qarışıq bir gündür.  Məsuliyyətdən qaçmağınız və ətrafınızı idarə etmək istəyiniz dağıdıcı nəticələrə səbəb ola bilər. Belə davranış lazım deyil. Hər şeydən əvvəl nə istədiyinizin fərqində olun və azadlıq tələblərinizi uyğun bir şəkildə dilə gətirmək və ətrafınızı idarə etmək əvəzinə, ilk növbədə özünüzü idarə etməyə önəm verin. Sonra proses istədiyiniz kimi həll olunacaq.  

 

Əqrəb

Qarşınıza qoyduğunuz məqsədlərə çatın, yarımçıq işləri başa vurun. Hissiyyat və intuisiyanız yüksək səviyyədədir. Peşəkar sahədə problemləri çözə bilərsiniz. Maddi durumunuz yaxşılaşacaq. Faydalı əlaqələr yaratmaq və yaxın perspektivdə sərfəli format alacaq tanışlıqlara nail ola bilərsiniz. 

 

Oxatan

Enerjiniz çox yüksəkdir. Fiziki hərəkətliliyinizi atmaq üçün özünüzü idmana yönləndirəcəksiniz. İdman ruhunuzu qidalandıracaq,  sizi həm zehni, həm də fiziki cəhətdən daha sağlam və ardıcıl edəcək. Motiviasiyanızı yüksək saxlamaq üçün dostlarınızla söhbətə vaxt ayırın.

 

Oğlaq

Bu gün yaranacaq xoşagəlməz fikirlər və təlaşlar sizi narahat etməsin. Situasiya nə qədər çətin, qarışıq olsa da, həll yollarını tapa bilərsiniz. Ruhdan düşməyin, təşvişə düşməyin. Alış-veriş üçün uğurlu gündür. 

 

Dolça

Müstəqil hərəkət edin, təkbaşına çalışın. Bilik və bacarıqlarınıza arxalanın. Uğur işə başladığınız əhval-ruhiyyədən asılıdır. Çətinliklər və problemlər sizi qorxutmasın. Axşam saatlarında güclü emosiyalar, romantik təlaşlar ola bilər. Sonradan ciddi təmaslara çevrilə biləcək əlaqələr istisna deyil.

 

Balıq

Yeni təklif ala bilərsiniz. Keçmişdə sizi incidən şeylər üçün vacib bir əsaslandırma əldə edirsiniz. Məxfi məsələlərin üzə çıxa biləcəyi bu gün eşitdikləriniz qarşısında insanlara bir daha şans verdiyinizin peşmanlığını yaşaya bilərsiniz. Dostluqda balanslar dəyişə bilər.