Bakı 16˚C Partly sunny

Günün ulduz falı - 11 noyabr 2021

Maraqlı 12:21 11 noy, 2021

Cümə axşamı bürclər haqqında məlumatlar

Günün ulduz falı - 11 noyabr 2021

Qoç

Təşəbbüs göstərmək, yeni layihələrə başlamaq zamanıdır. Heç bir çətinlik çəkmədən tərəfdaş tapır, nüfuzlu insanların dəstəyini qazanırsınız. İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür. Alış-veriş etməyin tam zamanıdır. Həm özünüzə, həm də yaxın adamınıza geyim və zinət əşyası ala bilərsiniz, seçiminiz doğru olacaq.

 

Buğa

Stress səviyyəsini aşağı salın. Maraqlı informasiya arayın, sorğulara cavab verin. Maraqlı görüşlər, kiçik işgüzar səfərlər mümkündür. Yaradıcı potensialınız artır. Bu gün başqalarının sizdən gözlədiyi hərəkətləri etmir və yaxşı nəticələr qazanırsınız. Hər kəs sizə heyrandır. Özünüzlə qürrələnə bilərsiniz.

 

Əkizlər

Gündəlik intensivliyinizdə emosionallığınızı idarə etməkdə çətinlik çəkə bilərsiniz. Sürətli hərəkət etmək istəsəniz də, kiçik diqqət çatışmazlığı ilə səhv addımlar ata bilərsiniz. Kiçik səhvlər böyük səhvlərə yol aça bilər, diqqətinizi etdiyiniz işə cəmləyin.  

 

Xərçəng

Partnyorunuzla sərfəli emosional manipulyasiyada ola bilərsiniz. İstəklərinizin həyata keçməsi üçün yalan fikirlərə əl ata bilərsiniz. Bu kiçik oyunlar sizə böyük itkilər gətirə bilər, kiçik hesabların dalınca getməyin.

 

Şir 

Tək çalışmaq üçün əlverişli gündür. İş çoxdursa, onu başqaları ilə bölüşməyin yolunu tapın. İşi təfərrüatlı və ciddi şəkildə görün, tələskənliyə yol verməyin. Yaxın ətrafınızdakı insanlardan biri sizdən kömək gözləyir. Ailə üzvlərinin qayğısına qalın, laqeyd yanaşmayın.

 

Qız

İntuitiv olaraq özünüzü necə aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Qızlar insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər.
Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. 

 

Tərəzi

Olaylar sizdə təlaş yaratmasın. Qətiyyətli olun, kiçik sədlər sizi qorxutmasın. Başqasının işini ciddi-cəhdlə yoxlayaraq tənqidlərə başlasanız, münaqişə qaçılmazdır. İş, ümumi qayğılar, problemlərin optimal həll yolları sizi tərəfdaşla və ya yaxın bildiyiniz insanla daha da yaxınlaşdıra bilər. Hissləriniz və emosiyalarınızda "təmizlik" aparın, sinirlənməyin.

 

Əqrəb

Əməkdaşlıq etdiyiniz insanlara özünüzü sübut etməyə çalışa bilərsiniz. Motivlərinizlə hərəkət etmək sizi qərarınızı yarı yolda dəyişməyə sövq edə bilər. Bu qərarın dəyişməsinə səbəb olacaq duyğulardan özünüzü təmizləmək üçün özünüzü heç kimə sübut etmək məcburiyyətində deyilsiniz. Özünüzə inanın, ən böyük sübut sizsiniz.

 

Oxatan

Münasibətlərdə gərginlik istisna deyil. Bu gün tək qalmaq daha məsləhətdir. Qısa müddət ərzində emosiyalarınızı idarə edə bilməyəcəksiniz. Bu nəzarətdən çıxmaq sizə baha başa gələ bilər. Qısa müddət də olsa, emosiyalarınıza yol verməməlisiniz, belə bir prosesdə sağlam qərarlar vermək çətindir. Psixi sağlamlığınız üçün hər bir hərəkətinizi planlaşdırın. 

 

Oğlaq 

Emosiyalar və hisslərin əsirinə çevrilsəniz, çətin situasiyaya düşə bilərsiniz. Hadisələrin axarını nəzərdən qaçırmayın. Diqqət mərkəzində olacaqsınız. Ehtiyatlı olun, istənilən məsələ ilə bağlı mövqeyinizi açıqlamağa tələsməyin. Ətrafınızdakı insanlarda düşmənçilik yaratmayın. Mübahisələr münaqişəyə, ambisiyalar izharına, iddiaların açıqlanmasına çevrilə bilər. Situasiyanı başqa gözlə görməyə çalışın. Ümid və gözləntiləri dəyərləndirin.

 

Dolça

Cəsarətli təcrübələr, istənilən qeyri-adi fəaliyyətlər üçün əla gündür. Heç vaxt həyata keçirə bilmədiyiniz orijinal ideyanız varsa, indi cəhd edin: ulduzlar sizin tərəfinizdə olacaq və sizə mütləq kömək edəcək. Potensial tərəfdaşlar və işəgötürənlərlə görüşlər, onların öz rəhbərliyi ilə söhbətlər yaxşı gedir. 

 

Balıq

Ətrafınızdakı insanlar həmişəkindən daha tez-tez işlərinizə müdaxilə edirlər. Bu, əvvəlcə bezdiricidir, lakin tezliklə baş verənlərdən necə faydalana biləcəyinizi anlayırsınız. Asudə vaxtınızı istirahətə, alış-verişə sərf edin. Stressdən qurtulmaq üçün gərgin durumda adekvat hərəkət edin.  Qeyri-adi tanışlıqlar mümkündür.