Bakı 15˚C Mostly sunny

Günün ulduz falı - 17 dekabr 2021

Maraqlı 11:05 17 dek, 2021

Cümə günü bürclər haqqında məlumatlar

Günün ulduz falı - 17 dekabr 2021

Qoç 

Bir çox problemlərin həll oluna biləcəyi bir gün olacaq. Müvəffəqiyyətə inam başqalarının yalnız xəyal etdiyi şeylərə nail olmağa kömək edir. Eyni zamanda, siz öz imkanlarınızı düzgün qiymətləndirirsiniz. Çoxlu yeni fikirlər ortaya çıxacaq. İntuisiya şübhəsiz ki, onları necə həyata keçirməyi diktə edəcək. 

 

Buğa 

Bugün işdə ehtiyatlı olun. Diqqəti mühüm işlərə cəmləmək daha məqsədəuyğundur. Onların öhdəsindən gəlmək  daha asandır. Həmkarlar və biznes tərəfdaşları ilə ümumi dil tapmaq həmişə asan deyil. Mühüm məsələnin müzakirəsi qızğın mübahisə ilə bitə bilər. Bununla belə, açıq münaqişəyə yol verməməlisiniz və hər kəsə uyğun həll yolları tapıla bilər. 

 

Əkizlər 

Kiçik problemlər ciddi neqativ emosiyalar yarada bilər. Sadəcə, öhdəliklərinizi yerinə yetirin. Sizi sınağa çəkmək istəyənlər var. Günün olaylarını diqqətlə müşahidə edin. Günün ikinci yarısında işdə rəhbərliklə danışıqlarda gərəkli informasiyalardan yararlanın. İstənilən an yeni işə hazır olun. Axşam saatlarına yaxın enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Romantik təmasları ertələyin. Sevdiyiniz insanla ünsiyyətdə qarşılıqlı anlaşma ilə bağlı problemlər yarana bilər.

Xərçəng  

Problemlərin öhdəsindən qeyri-trivial şəkildə gələ bilərsiniz. İntuisiyanıza, "altıncı hiss"inizə güvənin. Aktiv fəaliyyəti təxirə salaraq bir qədər dincəlmək və ya maraqlandığınız işlə məşğul olmaq istəkləriniz yersizdir. Dəyər verdiyiniz insanları günün ikinci yarısında sevindirməyə çalışın. Ailə üzvlərinin irad və tələblərini nəzərə alın. Sevdiyiniz adamın sözlərinə diqqətlə qulaq asın.
 

Qız 

Fikirlərinizi və düşüncələrinizi təsirli bir şəkildə ortaya qoyun. Bu gün işdə bütün detallara diqqət edin. Tənqidlərə ciddi yanaşın və hər şeyi diqqətə alın. Fürsətləri kəşf edin. 

 

Tərəzi 

Bugün digər insanlarla rahatca ünsiyyət qura bilərsiniz. Həyatdan  zövq alın və rahatlayın. Bu dövr üçün bir tətil planlayın.


Əqrəb

Bugün aktiv olun və yaşam proseslərinə nəzarət rıçaqlarını əldən verməmək üçün fəal çalışın. Səlahiyyətlərinizi başqasına həvalə etməyin. İşdən imtina etsəniz, itkilər qazancdan daha çox olacaq. Əməyinizin bəhrəsini mənimsəmək və ya öz adına çıxarmaq istəyənlər tapılacaq. Günün ikinci yarısında dostlardan birinə təcili kömək gərəkəcək.  Yaxınlarınızla təmaslarda impulsiv davranmayın. Əhval dəyişiklikləri və emosiyalarınız davranışınızın imperativinə çevrilməməlidir. Axşam saatlarında enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Yuxusuzluq istisna deyil.

Oxatan 

Bugün enerjili və fəal davranaraq məqsədə çatmaq üçün bütün vasitələri sınayın. Emosional yenilənməyə zərurət var. Belə anlarda dəyişikliklər yanğısı ilə çılğınlıqdan qurtulmaq gərəkdir. Yeniliklər və islahatlar nədənsə vaz keçməyi tələb edir. Usanmayın. Yeni imkanlar qurbansız olmur.
Dəyər verdiyiniz insanla münasibətləri günün ikinci yarısında təftiş edin. Aparılan yox, aparan olun. Yeni təcrübədən yararlanmaq pis olmaz.

Oğlaq

Bugün münasibətlərdə ehtiyatlı və ünsiyyətdə sərbəst olun. Düşünülməmiş deyilən söz opponenti rəqibə çevirə bilər. Özünüzə nəzarət edin. İşgüzar əlaqələri və biznesi təhlükəyə atmayın. Kredit götürmək, borc almaq məsləhət deyil. Günün ikinci yarısında illüziyalara qapılmayın. Arzularınız və istəkləriniz hər şeydən mühümdür. Ailə üzvlərinə qarşı qayğıkeş və səmimi olun. Səhhətinizə fikir verin. Ümumi halsızlıq, mədə ağrıları, ürəkbulanma istisna deyil. Zökəmə yoluxa da bilərsiniz.

Dolça  

Qəti qərar verərək sözdən işə keçməzdən əvvəl ən optimal və mümkün qədər effektiv yol tutduğunuza əmin olun. Mübahisələr ola bilər. Fikirləri ilə mövqeləri sizdən tam fərqlənən insanla dialoqda haqlı olduğunuzu hər vəchlə sübut etməyə can atmayın. Günün ikinci yarısında maraqlar münaqişəsi və ya toqquşmalar münasibətləri korlaya bilər. Axşam saatlarına romantik görüşlər planlaşdırmayın. Əhvalınız pisləşərsə, yuxusuzluq qaçılmazdır.

Balıqlar  

Bugün uzun müddətdən bəri hazırladığınız planı mükəmməl etməyə çalışın. Problemlərin özbaşına, avtomatik həllini tapacağını ağlınıza belə, gətirməyin. İdeyalarınızı reallaşdırmaq üçün etibar etdiyiniz insanların yardımlarına ehtiyacınız var. Günün ikinci yarısında peşəkarlarla çalışın. Ailə həyatında hər şey normaldır. Yaxınlarınıza yardım edin, məsləhətlərinizi əsirgəməyin.
Axşam saatları xoş görüşlər və yaxşı tanışlıqlar vəd edir.