Bakı 7˚C Sunny

Günün ulduz falı - 17 noyabr 2021

Maraqlı 11:55 17 noy, 2021

Çərşənbə günü bürclər haqqında məlumatlar

Günün ulduz falı - <span style="color:red">17 noyabr 2021</span>

Qoç

Ətrafınızdakılara qarşı sərt davrana bilərsiniz. Özünüzə nəzarət etməli olacaqsınız. Əsla kimisə tənqid etməyin. İstənilən müsbət və ya mənfi tənqid səhv başa düşülə bilər. Danışarkən səs tonunuza diqqət yetirin. 

 

Buğa 

Bəzi məsələlərdə ortağınıza qarşı  sərt fikirləriniz ola bilər. Başa düşmədiyiniz mövzularda özünüzü stresli hiss edə bilərsiniz. Bu stresi idarə etməyə çalışarkən, çətin anlar yaşaya və özünüzə qəzəblənə bilərsiniz. Bəlkə də işlər çox sadədir, medalın digər tərəfini görməyə çalışın. 

 

Əkizlər

İş yerində əhəmiyyətsiz məsələləri müzakirə edə bilərsiniz. Emosionallığınızdan istifadə etmək istəyənlərə bu icazəni verməməlisiniz. Bütün susqunluğunuzla işə davam etməlisiniz və vaxtı gəldikdə danışmalısınız. Bir az səbirli olun. 

 

Xərçəng

Bu gün xoş hadisələr və xəbərlərlə sevincəksiniz. Enerjiniz var və məqsədlərinizə çatmaq üçün çox səy göstərməyə hazırsınız. Bir çox məsələlərdə uğur qazanmaq mümkün olacaq. Fantaziya və ixtiraçılıq başqalarını çaşdıran problemləri həll etməyə kömək edir. Pul gəlirləri, gəlirli sövdələşmələr ehtimalı var.  

 

Şir

Narahat bir gün sizi gözləyir. Hər şeyə diqqət yetirmək çətindir. Yaradıcı olduğunuz üçün çətin işlərdə bacarıqlısınız. Uzun müddət əvvəl düşünülmüş məsələləri həyata keçirmək üçün bir şans yaranacaq. Qeyri -adi tanışlıqlar mümkündür. İşgüzar sahədə faydalı olacağınızı sübut edəcəksiniz.  

 

Qız

Məsuliyyətlərinizin həyatınızı məhdudlaşdırdığını hiss edirsiniz. Nəfəs ala bilmək üçün emosional yorğunluğunuzu ifadə edərək sərhədlərinizin genişləndirilməsini tələb edəcəksiniz. Əvvəlcə bu sərhəddi genişləndirən siz olmalı və prioritetlərinizi yenidən təyin etməlisiniz. Axşam saatlarında sevdiyiniz insanla görüşmək məsləhətdir.    

 

Tərəzi

Yaradıcı fəaliyyət üçün əlverişli zamandır. İdeyalarınızın arasında ən praqmatik və praktiki təsir bağışlayanı seçərək onu həyata keçirməyə başlayın. Yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə, elə indi başlayın.  Əməkdaşlıq üçün danışıqlar uğurlu olacaq. Yaxın insanları bir baxışla başa düşəcəksiniz, onlarla ünsiyyət çox müsbət emosiyalar verəcək. 

 

Əqrəb

Bu gün yaranacaq xoşagəlməz fikirlər və təlaşlar sizi narahat etməsin. Situasiya nə qədər çətin, qarışıq olsa da, həll yollarını tapa bilərsiniz. Ruhdan düşməyin, təşvişə gərək yoxdur.  Axşam saatlarında ailənizlə vaxt keçirin. Maliyyə məsələləri ilə məşğul olmaq əlverişli deyil. Pulla bağlı problemlərin müzakirəsini belə təxirə salın. 

 

Oxatan 

Səfər, gəzinti, danışıqlar və müzakirələr üçün əlverişli gündür. Bol emosiyalar olacaq. Şanslar və imkanlar gözləntilərinizdən də artıqdır. Xoş sürprizlər istisna deyil. Yeni işə başlamaq, peşəkar fəaliyyət sahəsindəki təmasları yeniləmək üçün yaxşı zamandır. 

 

Oğlaq

Günün əvvəlində intuisiyanızı xüsusilə diqqətlə dinləməyə çalışın. Bu zaman onun məsləhətləri sayəsində bəzi çətin suallara cavab tapa və ya çətin problemləri həll edə bilərsiniz. Dəyər verdiyiniz insanlarla münasibətləri rəvan edin. Önəm verdiyiniz insana özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

 

Dolça

Bu gün, demək olar ki, hər şeydə nəzərəçarpacaq uğurlar əldə edə biləcəksiniz. Ancaq bunun üçün hərəkət etməli və başqalarının ilk addımı atmasını gözləməməlisiz. Nəyə qadir olduğunuzu göstərsəniz, tezliklə maraqlı təkliflər alacaqsınız. 

 

Balıq

Qəzəbinizi cilovlamağı öyrənməli və ətrafınızdakılara daha sakit yanaşmalısınız. Səhvləri bağışlamaya və kiçik şeyləri belə böyütməməyə çalışın. Unutmayın ki, siz yaxınlarınızla  nə qədər yaxşısınızsa, onlar da sizinlə bir o qədər yaxşı olacaqlar. Ürək qıran deyil, konstruktiv olmağa çalışın.