Günün ulduz falı - 4 may 2021-ci il
Maraqlı09:1604 may, 2021

Çərşənbə axşamı üçün bürclər haqqında məlumatlar

title
Bizi-da oxuyun

Qoç 

Mənəvi və emosional baxımdan yeniliklərə hazırlaşın. Seçdiyiniz iş nə olur olsun böyük irəliləyiş əldə etmək şansına sahibsiniz. Yeni enerji və güc qazanırsınız. Qohumlarla qəfil, planlaşdırılmamış görüşlər ola bilər. Qısa səfərlər üçün əlverişli zamandır. Uzunmüddətli səyahətə çıxmayın.

Buğa 

Artıq daha çox dünyanı bir bütün olaraq görməyə meyillisiniz və hərəkətləriniz buna uyğun olaraq təşviq edilməkdədir. Dərin mövzulardan zövq alır, onları öyrənmək üçün daha asan hala gətirirsiniz. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizə üz tutacaq. Ona kömək edin, dərdinə dərman olun.

Əkizlər 

Emosiyaların köləsinə çevrilməyin. Hadisələrin məcrasını təxmin etmək mümkün deyil. Fəaliyyət planının standart axarına riayət etmək, çərçivədən kənara çıxmamaq mümkün deyil. Başqalarının mübahisəsinə qatılmayın. Çalışın rasional və soyuqqanlı olun. 

Xərçəng 

Həyatınızda köklü dəyişikliklər edin. Yeni fəlsəfələrə və ya iş sahələrinə asanlıqla qucaq aça bilərsiniz. Sizə ilham verəcək bir oyanışdan bəhs etmək olar. Axşam saatlarında romantik görüş istisna deyil. Lakin sayıq olun, mümkün problemləri aşkarlamağı bacarın. 

Şir 

İntuisiyanıza və hisslərinizə güvənin. Kənardan absurd görünən addımlar atmaqdan çəkinməyin. Çünki yalnız siz nəyi və niyə etdiyinizi bilirsiniz. Axşam saatlarında stressdən qurtulmağınıza musiqi yardım edəcək. Maddi qazanclar daha az əhəmiyyətli hala gələcək. Həyat sizə ilham verir. 

Qız 

Yaxın ətrafınızdakı insanlar sizinlə razılaşmayacaqlar. Onlar fikirlərinizin məcrasını və niyyətlərinizi anlamırlar. Nə istədiyinizi anladın. Dəstək və ya yardım almaq şansınız var. Sevdiyiniz insanları iradlar və tələblərlə yormayın. Bir qədər güzəştə gedin. Şəxsi münasibətlərdə müdrik olun, əlverişli taktikanı seçin. Bilik və bacarıqların artırılması təhsil səviyyəsinin yüksəldilməsi üçün əlverişlidir. Səfər və ya səyahət sizi yormayacaq. 

Tərəzi 

Həyatdakı yerinizi asanlıqla yoluna qoya bilərsiniz. İndi etdiyiniz dəyişikliklər ruhunuzu və qrup statusunuzu dəstəkləyir. Sizdə narahatlıq hissi yaradan problemlərin müzakirəsindən yayınmayın.

Günün ikinci yarısında şəriklər və müttəfiqlərlə təmaslar nə qədər aktiv olarsa, işlərdə irəliləyişlər də bir o qədər sürətlənəcək. Ailəvi məsələlərin və evlə bağlı problemlərin həlli üçün əlverişli zamandır. Uzaq perspektivlə bağlı qərarlar qəbul etmək olar. 

Əqrəb 

Nigaranlıq və narahatlıq xeyrinizədir, intuisiyanız güclüdür, çünki məhz onun sayəsində qeyri-adiliyi ilə ətrafdakı insanları heyrətləndirəcək qərarlar qəbul edə bilərsiniz. Astagəl olmayın, çevik davranın. İstənilən formatdakı mühüm məsələlərin təhlili və müzakirəsi üçün yaxşı gündür. Mövqelərinizdən geri çəkilməyin. Kiməsə nəyisə sübut etməyə çalışmayın. Yeni istiqamətdə sıçrayış üçün pis zaman deyil. 

Oxatan 

Günün ilk yarısında psixoloji və mənəvi dəstəyə ehtiyacınız var. Problemlərin sayı artarsa, təşvişə qapılmayın. Emosiyalarınıza hakim olun, orijinal, müstəqil, aktiv olun. Başqasının getdiyi yolla irəliləməyin. Axşam saatlarında səhhətinizin qeydinə qalın, dincəlin. Tək qalmaq sizə yaxşı təsir edəcək.

Oğlaq 

İntuisiyanızı işə salın, təcrübənizdən yararlanın. Problemlərinizi həll etməklə yanaşı yaxın ətrafınızdakı insanlara da yardım edin. Yetərincə gərgin, ağır gündür. Ailə üzvləri və yaxınlarınızla münasibətlərdə tələsik qərar verməyin. Anlamlı olun, onların tələblərini dərk edin. Emosiyalara qapılmayın. Təmkinli və soyuqqanlı davranın. 

Dolça 

Yaradıcılıqla məşğul olmaq üçün yaxşı gündür. Sosial şəbəkələrdə güclü ünsiyyət qurursunuz. Səmimi söhbətlərə start verin. Dostlarla təmaslarınızda məntiqli davranın. Laqeyd, eqoist olmayın. Axşam saatlarında səhhətinizin qayğısına qalın. Mütləq gəzintiyə çıxın.

Balıq 

Bu gün bir az əylənin, çünki motivasiya əskikliyi yaşayırsınız. Səfər üçün əlverişli gündür, yerinizi dəyişmək barədə də düşünmək olar. Daşınmaz əmlakla bağlı sərfəli anlaşmaya nail ola bilərsiniz. Çətin anlarda gözləmədiyiniz bir insan sizi dəstəkləyəcək. Bir sıra problemləri uğurla, qısa zamanda həll edə bilərsiniz. Çətin situasiyalarda ekstravaqant addımlar atın, alternativ variantlardan yararlanın.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0