Gürcüstan: Cənubi Qafqazda təhlükəsizliyin inkişafı üçün xüsusi addım atılıb
Dünya00:2113 iyun, 2021

Bu barədə Gürcüstan hökumətinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib

Gürcüstan: Cənubi Qafqazda təhlükəsizliyin inkişafı üçün xüsusi addım atılıb
Bizi-da oxuyun

Baş nazir İrakli Qaribaşvilinin fəal iştirakı ilə Azərbaycan tərəfi 15 ermənini Gürcüstan vasitəsilə Ermənistana təhvil verib.

Qazet.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bununla Cənubi Qafqaz bölgəsində təhlükəsizlik mühitinin inkişafı üçün xüsusi addım atılıb.

Məlumata əsasən, hökumət başçısı şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla daimi təmasda olub:

“Bu fakt Gürcüstanın yaxın qonşuları arasındakı münasibətlərdə gərginliyin daha da azalmasına əhəmiyyətli təkan verəcək. Gürcüstan bölgədə sülh, sabitlik və əməkdaşlıq atmosferinin yaradılmasına mühüm əhəmiyyət verir. Gürcüstan regional əməkdaşlığın inkişafı üzrə beynəlxalq ictimaiyyətin səylərinə öz töhfəsini verməyə hazırlığı barədə dəfələrlə bəyan edib”, - məlumatda deyilir.

Vurğulanıb ki, bu gün qonşu ölkələr arasında mürəkkəb məsələlərin həllində irəli atılmış addım olacaq: “Gürcüstan zərurət yaranacağı təqdirdə, gələcəkdə də proseslərdə, ilk növbədə, humanitar məsələlərin həllində tərəfdaşlarına maksimum kömək göstərməyə hazırdır”.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0