Bakı 7˚C Sunny

Gürcüstanda daha 5 739 nəfər koronavirusa yoluxub

Gündəm 13:36 19 okt, 2021

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib

Gürcüstanda daha 5 739 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada daha 5 739 nəfərdə koronavirus aşkarlanıb, 36 pasiyent vəfat edib.

Qazet.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ötən 24 saat ərzində 2 082 nəfər müalicə olunaraq sağalıb.

Gürcüstanda indiyədək COVID-19-a 670 552 nəfər yoluxub. Onların 616 937-si sağalıb, 9 546-sı isə dünyasını dəyişib.