Bakı 14˚C Sunny

Gürcüstanda son sutkada 40 nəfər koronavirusdan ölüb

Gündəm 13:34 22 okt, 2021

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib

Gürcüstanda son sutkada 40 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4155 yoluxma halı qeydə alınıb, 40 nəfər ölüb.

Qazet.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 684 337, ölənlərin sayı isə 9 657 nəfərə çatıb. Virusa yoluxanlardan 624 688 nəfərin sağaldığı bildirilir.