Bakı 12˚C Partly sunny

Gürcüstanda son sutkada koronavirusa 4 837 nəfər yoluxub

Gündəm 13:17 13 okt, 2021

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib

Gürcüstanda son sutkada koronavirusa 4 837 nəfər yoluxub

Gürcüstanda son sutkada koronavirusa 4 837 yeni yoluxma halı təsdiqlənib, 26 nəfər vəfat edib.

Qazet.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 645 195-ə, ölənlərin sayı isə 9 332-yə yüksəlib.

Ötən 24 saat ərzində 1 586 nəfər, ümumilikdə isə 605 581 nəfər müalicə olunaraq sağalıb.