Bakı 10˚C Sunny

Saakaşvili "marionet kuklası"dır, Qaxariya da onun müttəfiqi - Gürcüstanın Baş naziri

Siyasət 14:33 28 sen, 2021

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib

Saakaşvili "marionet kuklası"dır, Qaxariya da onun müttəfiqi -<span style="color:red"> Gürcüstanın Baş naziri</span>

“Giorgi Qaxariya çox axmaqdır. Biz onun simasını, başını, hər şeyini necə itirdiyini gördük”.

Qazet.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

O, sələfini sabiq prezident Mixeil Saakaşvilinin “marionet kuklası” adlandırıb: “Qaxariya Saakaşvilinin müttəfiqidir. O, bizim komandanı məyus etdi, çünki klassik xaindir. Bir gürcünün satqın adlandırılmasından böyük faciə nə ola bilər?”.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın hökumət başçısı olub. 46 yaşlı siyasətçi hakim komanda ilə fikir ayrılıqlarına görə istefa verib. O, daha sonra “Gürcüstan naminə” adlı partiya yaradıb. Keçmiş baş nazir yerli seçkilərə Tbilisi meri vəzifəsinə namizəd kimi qatılıb.