Bakı 25˚C Sunny

Hakerlər azərbaycanlı məmurların hesablarına hücum edib - Britaniya şirkətinin hesabatı

Gündəm 18:50 22 sen, 2021

Azərbaycan dövlət qurumlarına qarşı kiberhücum edilib

Hakerlər azərbaycanlı məmurların hesablarına hücum edib <span style="color:red">- Britaniya şirkətinin hesabatı</span>

Britaniyanın informasiya təhlükəsizliyi şirkəti olan "Cyjax" Azərbaycan dövlət qurumlarının əməkdaşlarına qarşı kiber hücumlar olduğunu bildirib.

Qazet.az xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd edilib.

Hakerlər saxta sayt yaradaraq onların vasitəsi ilə hesabları və şifrələri əldə ediblər. Beləliklə, onlar bu hesablarla departamentlərə hücum edə və ya qara bazarda bu şifrələri sata bilərlər.

Cyjax ekspertləri 2020-ci ilin yazından etibarən 50 belə saytın yaradıldığını və hazırda 15-nin aktiv olduğunu bildirib.