Bakı 16˚C Partly sunny

Hakimliyə namizədlərlə test imtahanı keçirilib

Cəmiyyət 18:19 05 noy, 2021

Bununla bağlı Hakimlərin Seçki Komitəsindən məlumat verilib

Hakimliyə namizədlərlə test imtahanı keçirilib

Noyabr ayının 5-də 200-dək hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.

Bu barədə Qazet.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildirilib ki, amizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar.

COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilən imtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib.

İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 93 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə baraxılıb.

Nəticələr Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Eyni zamanda qeyd edilib ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir: "Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar. Sənədlər Hakimlərin Seçki Komitəsi tərəfindən bütün iş günləri ərzində, o cümlədən elektron qaydada, sadələşdirilmiş prosedurlarla qəbul edilir ([email protected]). Belə ki, namizədliyin qeydə alınması üçün müvafiq ərizə və aidiyyəti sənədlərin surəti qeyd edilən elektron poçt ünvanına elektron formatda, o cümlədən mobil telefonla göndərilə bilər".