Bakı 21˚C Partly sunny

Hamiləlik zamanı parasetamol qəbulunun ZƏRƏRLƏRİ

Cəmiyyət 05:47 16 yan, 2022

Oğlanların nitq inkişafına ananın hamiləlik zamanı parasetamol qəbul etməsi təsir etməyib

Hamiləlik zamanı parasetamol qəbulunun ZƏRƏRLƏRİ

Hamiləlik zamanı parasetamolun qəbulu ziyansız hesab olunur. Lakin son araşdırma bu iddianı təkzib edib.

Qazet.az aztibb.az-a istinadən bildirir ki, İsveç alimləri 8-13 həftə hamiləliyi olan 754 qadına və daha sonra 2,5 il ərzində onların dünyaya gətirdiyi uşaqlara nəzarət ediblər.

Araşdırma zamanı alimlər fikir veriblər ki, hamiləliyin ilk 3 ayı ərzində 6 dəfə və bundan çox parasetamol həbini qəbul edən qadınların uşaqları daha tez-tez nitq problemləri ilə üzləşib. Bu uşaqlarda nitq inkişafının geriliyi müşahidə olunub.

Maraqlıdır ki, oğlanların nitq inkişafına ananın hamiləlik zamanı parasetamol qəbul etməsi təsir etməyib.