Bakı 16˚C Partly sunny

“Harri Potter”in ilk nəşri hərracda 471 min dollara satıldı

Gündəm 00:35 11 dek, 2021

Kitablar 80 dilə tərcümə olunub və təxminən 500 milyon nüsxə satılıb.

 

“Harri Potter”in ilk nəşri hərracda 471 min dollara satıldı

“Harri Potter” seriyasının ilk buraxılışı "Harri Potter və Fəlsəfə Daşı" kitabı ABŞ-da 471 min dollara hərracda satılıb.

“Qazet.az” xəbər verir ki, kitab bu günə qədər satılan XX əsrin fantastik əsərləri arasında ən bahalısı olub.

Kitab ilk dəfə 1997-ci ildə cəmi 500 tirajla nəşr edilib.

İngilis yazıçısı Coan Roulinqin əsəri təxmini qiymətdən 6 dəfə baha satılıb.

Qeyd edək ki, Roulinq gənc sehrbaz Harri və dostlarının sərgüzəştləri haqqında daha 6 kitab yazıb.

Kitablar 80 dilə tərcümə olunub və təxminən 500 milyon nüsxə satılıb.

lenta.ru