Bakı 25˚C Partly sunny

Helikopter qəzasında şəhid olan kapitanın arzusu reallaşdı

Xəbərlər 12:52 09 dek, 2021

“Dediyin olundu əziz qardaş”  sözləri yazılıb

Helikopter qəzasında şəhid olan kapitanın arzusu reallaşdı

Helikopter qəzasında şəhid olan DSX-nın tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun arzusu çin oldu.

Qazet. az bu barədə sosial şəbəkələrdəki paylaşımlara istinadən məlumat verir.

Şəhid kapitanın Vətən müharibəsi zamanı dostu ilə “WhatsApp” danışıqlarının fotoları yayımlanıb.

Ceyhun yazıb:  "Qardaş şəhid olsam, səndə xeyli şəklim var, paylaşarsan".

Dostu isə “Allah eləməsin, hələ tezdir” cümləsini yazıb.

Ceyhun Əhmədxanov dostundan şəhid olduğu təqdirdə fotolarından birinin avtomobilin arxa şüşəsinə vurulmasını istəyib. Hətta o, avtomobilin arxa şüşəsində görmək istədiyi şəkli də özü seçərək dostuna göndərib.

Dostu Ceyhunun bu istəyini helikopter qəzasında şəhid olmasının ardından həyata keçirib və yazıb: “Dediyin olundu əziz qardaş”.

 

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.